Azərbaycan xalqının taleyində ən mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə ölkənin gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasını qoyur. Bu günlərin daha önəmlisi 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində həm ictimai, həm də siyasi bir əhəmiyyəi olan bir gündür. Bu tarixi günün yaradıcısı Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və onun inkişafında mühüm rola malik olan, daim xalqına güvənən Heydər Əliyevdir. XX - əsrin sonunda yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədəki hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya nöqtəsinə çatdı və belə bir vaxtda ölkədə anarxiya və xaos respublikanı bürüdü. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət verə bilməyən və gələcəyi görə bilməyən adi bir vəziyyətdə çıxış yolu tapa bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verdi. Baş vermiş hadisələrə düzgün siyasi qiymət verməyən o dönəmdəki iqtidarın əhali içərisində nüfuzu itməyə başladı. Bu dönəmdə Azərbaycan təhlükə qarşısındaydı. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi. Belə bir ağır durumdan Azərbaycanı Ulu Öndər Heydər Əliyevin apardığı düzgün və qətiyyətli siyasət xilas etdi. Təbii ki, qazanılan bütün uğurlarrın əsasında Ulu öndər Heydər Əliyevin xüsusi rolu var və bu gündə onun siyasətini davam etdirən İlham Əliyevdir. Bu günün prizmasından baxanda Azərbaycanın inkişafı və onun gələcəyi daha parlaq görünür. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən və müasirləşən bir ölkəsinə çevrilib. Bugünkü gündə də Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən İlham Əliyevin Azərbaycan xalqı üçün yürütdüyü siyasət Azərbaycanın gələcək inkişafı üçün əvəz edilməzdi. Bu gün də Azərbaycan xalqı əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyevin ideyaları, İlham Əliyevin rəhbərliyi ilə daha çox yüksələcək və daha böyük uğurlar qazanacaq.Seymur İsgəndərov,Xocalı rayon gənci